Rusiya yenidən Ukraynanın enerji obyektlərinə hücuma başlayıb - Zelenski
Rusiya növbəti dəfə Ukraynanın enerji infrastruktur obyektlərinə hücuma başlayıb.
ERAmedia xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində məlumat verib. Onun sözlərinə görə, Ukrayna bu cür zərbələri cavabsız qoymayacaq.
“Ruslar indi yenidən energetika sektorumuza zərbələr endirirlər. Əlbəttə, biz cavab veririk və verəcəyik, amma əsas məsələ sistemin sabitliyidir”, – deyə Zelenski qeyd edib.