media-1751882749_dmitry-peskov-1

Kremlin sözçüsü Dmitriy Peskov Ukraynanın 9 May Qələbə Günü tədbirlərini hədəfə alma ehtimalına qarşı Rusiya prezidenti Vladimir Putin üçün əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb.

ERAmedia-nın məlumatına görə, Peskov bildirib ki, Kremlin İkinci Dünya müharibəsində faşist Almaniyası üzərində qazanılmış qələbənin ildönümü ilə əlaqədar keçiriləcək tədbirlər səbəbindən təhlükəsizlik hazırlıqlarını gücləndirib.

Moskva rəhbərliyi həmçinin 9 May mərasimlərini əhatə edəcək şəkildə gecə yarısından etibarən Ukrayna ilə iki günlük atəşkəs rejiminin tətbiq olunacağını elan edib. Kremlin Kiyevin bu həftənin əvvəlində təqdim etdiyi atəşkəs təklifinə isə cavab verməyib.

Peskov AFP-yə açıqlamasında “Bəli, söhbət 8 və 9 may tarixlərindən gedir” deyərək, atəşkəsin gecə yarısından qüvvəyə minəcəyini təsdiqləyib.

Rusiya Ukraynanın 9 May tədbirlərini hədəfə alacağı təqdirdə Kiyevə zərbə endiriləcəyi ilə bağlı xarici diplomatlara xəbərdarlıq edib.

Kiyev rəhbərliyi isə Moskvanın mərasimlərlə əlaqədar döyüşlərin dayandırılması çağırışını “tamamilə absurddur” kimi qiymətləndirib. Ukrayna tərəfi 6 may tarixində alternativ atəşkəs təklifi irəli sürüb.

Peskov bu təkliflə bağlı “Rusiya tərəfindən hər hansı cavab verilməyib” deyə bildirib.

Kremlin sözçüsü qeyd edib ki, Rusiya təhlükəsizlik qurumları xüsusilə Ukraynadan qaynaqlanan “terror təhdidi” səbəbindən şənbə günü keçiriləcək tədbirlər üçün genişmiqyaslı hazırlıq aparır.

Son günlər Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiya şəhərlərini hədəf aldığı və hücumların Ural dağları bölgəsinə qədər çatdığı bildirilir.

Peskov əlavə edib ki, Moskvada müşahidə olunan internet məhdudiyyətləri də təhlükəsizlik məqsədilə tətbiq olunur. O, “Vətəndaşların təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür. Bu, bizim mütləq prioritetimizdir” deyə vurğulayıb.

Rusiyanın 1945-ci ildə faşist Almaniyası üzərində qələbəni simvolizə edən ənənəvi 9 May hərbi paradını bu il daha məhdud şəkildə keçirəcəyi bildirilib.

Moskva rəhbərliyinin Ukraynanın Rusiya ərazisinin dərinliklərinə yönəlmiş hücumlarının artması səbəbindən təxminən 20 ildən sonra ilk dəfə olaraq paraddan bəzi hərbi texnikaları çıxardığı qeyd olunur.

Vüsalə


media-adspc

Bənzər xəbərlər