media-1811781207_0_0_3071_1728_1920x0_80_0_0_e0c2143f234af4414689cd08b0d4c5c0

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ukrayna Silahlı Qüvvələrinin 2025-ci ildə Rusiyanın infrastrukturuna hücumlarının əhəmiyyətli dərəcədə artdığını açıqlayıb.

ERAmedia-ya açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, Şoyqunun səsləndirdiyi rəqəmlər Rusiyada təhlükəsizlik vəziyyətinin ciddi şəkildə gərginləşdiyini göstərir və bu, müharibə dövründə nadir etiraflardan biridir.

Şoyqunun sözlərinə görə, son bir ildə Rusiyanın müxtəlif obyektlərinə qarşı 23 mindən çox hava hücumu həyata keçirilib və bu cür zərbələrin sayı əvvəlki dövrlərlə müqayisədə təxminən dörd dəfə artıb. O bildirib ki, vəziyyət xüsusilə vacib infrastrukturun qorunması sahəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edir.

Şoyqu etiraf edib ki, Ukraynanın dron hücumlarından Rusiyanın heç bir bölgəsi, hətta uzaq Ural bölgəsi də sığortalanmayıb. O, açıqlamasının sonunda qeyd edib ki, bu məsələlər Prezident Vladimir Putin-in diqqət mərkəzindədir.

Elxan Şahinoğlu isə hesab edir ki, Rusiyanın yüksək rütbəli rəsmisinin belə açıqlama verməsi müəyyən mesajlar daşıyır. Onun fikrincə, bu cür bəyanatlar ya Kremlin rəhbərliyinə vəziyyətin getdikcə ağırlaşdığını göstərmək və müharibənin sona çatdırılması barədə düşünməyə çağırış kimi qiymətləndirilə bilər, ya da Rusiya cəmiyyətini daha ağır günlərə hazırlamaq məqsədi daşıyır.

Şoyqunun açıqladığı digər statistik göstəricilər də diqqət çəkir. Onun sözlərinə görə, Ukrayna 2025-ci ildə Rusiya ərazisində 1830 diversiya həyata keçirib ki, bu da 2024-cü illə müqayisədə 40 faiz, 2023-cü illə müqayisədə isə 6,5 dəfə çoxdur.

Elxan Şahinoğlu qeyd edir ki, rəqəmlər Rusiyanın təhlükəsizlik baxımından üzləşdiyi risklərin miqyasının artdığını göstərir. Onun sözlərinə görə, buna baxmayaraq, Şoyqu çıxışında müharibənin necə sona çatdırılacağı ilə bağlı konkret fikir səsləndirməyib.

Vural


media-adspc

Bənzər xəbərlər