Rusiyadan Zəngəzur dəhlizinə-MÜNASİBƏT
“Rusiyanın iştirakı olmadan Ermənistanla Azərbaycan arasında bütün problemləri tam həll etmək mümkün olmayacaq”.
ERAmedia xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Moskva – Minsk – Astana – İrəvan – Daşkənd – Tbilisi videokonfransında bildirib.
“Rusiya sabit Cənubi Qafqazda və həm Ermənistan, həm də Azərbaycanla dostluq münasibətlərində maraqlı ölkə olub və belə də qalır”, – o vurğulayıb.
“Tramp marşrutu”nun həyata keçirilməsinə toxunan V.Sabarov deyib: “Bu yol üçüncü ölkələrin maraqlarına deyil, bu dövlətlərin inkişafına xidmət etməlidir”.
Cabarovun sözlərinə görə, Tramp öz missiyasını yerinə yetirib və artıq regionda baş verənlərlə maraqlanmır. O, danışıqların gözlənildiyini, lakin hər iki tərəfin maraqlarına hörmət edilməsinin vacib olduğunu vurğulayıb.
“Moskva hazırda Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların olmamasından razıdır, lakin təklif olunan “Tramp marşrutu”nun həyata keçirilməsi ciddi şübhələr yaradır.
Bu planın asanlıqla həyata keçiriləcəyini düşünmürəm. Xüsusilə də Tramp administrasiyasının regiondan minlərlə kilometr uzaqda yerləşdiyini nəzərə alsaq, çoxlu suallar yaranır. Rusiya, Türkiyə və İran hamısı buradadır. Ona görə də bu marşrut bütün tərəflər, o cümlədən Ermənistan və Azərbaycan üçün faydalı olan sülh və əməkdaşlıq yolu olmalıdır”.
Rusiyalı parlamentari vurğulayıb ki, gələcək nəqliyyat arteriyası bütün tərəflər – həm Ermənistan, həm də Azərbaycan üçün faydalı olmalıdır.
“Bu, bir ölkənin xeyrinə başqa bir ölkəyə sərf edən yol olmamalıdır. Bütün tərəflərin faydalanmasını təmin etmək üçün maraqlar balansı axtarılmalıdır”. Cabarovun sözlərinə görə, Cənubi Qafqazda sabitliyin təmin edilməsində Rusiyanın rolu əsas olaraq qalır.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar.
Ermənistan “Tramp marşrutu” (TRIPP) adlanan Zəngəzur dəhlizni üzün müddətə ABŞ-a icarəyə verəcək. ABŞ isə torpaq sahəsini infrastruktur və idarəetmədən məsul olan konsorsiuma subicarəyə verməyi planlaşdırır.