Rusiyanın bu qərarı Papanı kədərləndirdi
Roma Papası XIV Leo Rusiyanın Ukrayna ilə müharibədə Milad bayramı münasibətilə atəşkəsdən imtina etməsindən dərin məyusluq duyduğunu bildirib.
ERAmedia xəbər verir ki, pontifik İtaliyadakı iqamətgahı yaxınlığında jurnalistlərə açıqlamasında deyib ki, onu ən çox kədərləndirən məqamlardan biri Rusiyanın atəşkəs çağırışını, ehtimal ki, rədd etməsidir.
“Mən bir daha bütün xoş niyyətli insanlara müraciət edərək, heç olmazsa, Milad gününə sülh günü kimi hörmət etməyə çağırıram”, — deyə Papa Lev vurğulayıb.
“Bəlkə də bizi dinləyərlər və o zaman heç olmazsa, dünyada bir gün sülh olar”, — deyə o əlavə edib.
Xatırladaq ki, bu həftə Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukraynanın Milad atəşkəsi təklifini qəbul etmədiyini bildirib.
Peskovun sözlərinə görə, Rusiya “sülh istəyir”, lakin “Ukraynaya nəfəs almaq və müharibəni davam etdirməyə hazırlaşmaq imkanı verəcək bir atəşkəs” istəmir.
Vural









