Rusiyanın xarici borcu fantastik həddə çatdı
Rusiyanın dövlət xarici borcu 2006-cı ildən bəri ilk dəfə olaraq 61,97 milyard dollara çatıb.
ERAmedia xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumata əsasən, 2006-cı il yanvarın 1-nə ölkənin xarici dövlət borcu 76,5 milyard dollar təşkil edib. 2007-ci il yanvarın 1-nə isə bu göstərici 52 milyard dollara enib.
Rusiyanın ümumi xarici borcu 2026-cı il yanvarın 1-nə 319,8 milyard dollar olub. Ötən il ərzində göstərici 30 milyard dollar və ya 10,4 faiz artaraq uzunmüddətli azalma dövründən sonra yüksəliş nümayiş etdirib.
Vural









