Ruslar 5 min dəfə bombaladı – Zelenski hava müdafiə dəstəyi istədi
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusu yanvar ayında ölkəsinə 6 mindən çox pilotsuz uçuş aparatı (PUA), təxminən 5 500 ədəd lazerlə idarə olunan bomba və 158 raketlə hücumlar həyata keçirib və Ukraynaya hava müdafiə dəstəyi verilməsini tələb edib.
ERAmedia-nın məlumatına görə, Zelenski qeyd edib ki, Rusiya ordusu yanvar ayında Ukraynanın müxtəlif bölgələrinə 6 mindən çox PUA, təxminən 5 500 idarə olunan bomba və müxtəlif tipli 158 raket atıb.
Ukrayna prezidenti vurğulayıb ki, rus qüvvələri ötən ay ölkədəki enerji sektoru, dəmir yolu infrastrukturu və mülki əhali yaşayış məntəqələrini əsas hədəf götürüb və hava hücumları davam edir.
Zelenski əlavə edib ki, Ukraynanın hava müdafiə imkanları daha da gücləndirilməlidir.
Ukrayna Ordusu Hava Qüvvələri Komandanlığı tərəfindən verilən açıqlamada isə bildirilib ki, Rusiya Ukraynanın müxtəlif bölgələrinə 90 PUA ilə hücum edib və hava müdafiə qüvvələri 76 PUA-nı məhv edib.
Avropa İttifaqı (Aİ) isə Ukrayna üçün 145 milyon avro, Ukraynadan qaçan ukraynalı qaçqınlara ev sahibliyi edən Moldovadakı humanitar proqramlar üçün isə 8 milyon avro ayırdığını açıqlayıb.
Mövzu ilə bağlı açıqlama verən Avropa İttifaqı Komissiyasının Bərabərlik, Hazırlıq və Böhran İdarəçiliyindən məsul üzvü Hadja Lahbib deyib ki, “Rusiyanın tammiqyaslı işğalının beşinci ilinə daxil olarkən milyonlarla ukraynalı dondurucu soyuqda, elektriksiz və isidilmədən, həyatda qalmaq üçün əsas vasitələrdən məhrum vəziyyətdədir”.
Lahbib vurğulayıb ki, Aİ-nin Ukraynaya dəstəyi yalnız şüar deyil və sahədəki ehtiyaclar əsasında etibarlı və davamlı yardım göstərilir.
Vural









