Saakaşvilinin partiyasının sabiq sədri həbs edilib
Tbilisi Şəhər Məhkəməsi müxalifətçi “Vahid Milli Hərəkat” partiyasının keçmiş sədri Levan Xabeişviliyə qarşı həbs qətimkan tədbiri seçib.
ERAmedia xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
Xabeişvili hüquq-mühafizə orqanlarına rüşvət təklif etməkdə və hakimiyyəti devirməyə çağırışda ittiham olunur. Xatırladaq ki, partiya ölkənin keçmiş prezidenti Mixail Saakaşvili tərəfindən qurulub.