Sabah aprelin pensiyaları tam ödənəcək
Sabah Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə aprel ayının pensiyalarının tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
ERAmedia-ya bu barədə fondun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.










