"Sabah” “Araz-Naxçıvan”a qalib gəldi
Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
ERAmedia xəbər verir ki, “Araz-Naxçıvan” və “Sabah” komandaları arasında Qəbələ şəhər stadionunda oynanılan görüş Bakı klubunun minimal hesablı qələbəsi ilə bitib – 1:0.
Bu nəticədən sonra bir oyun az keçirən “Sabah” 6 xalla 3-cü, 1 xala malik Naxçıvan təmsilçisi isə 11-ci pillədə yer alıb.
Turun bağlanış oyunu isə Sumqayıtda yerli komanda ilə “Qarabağ” arasında olacaq. “SOCAR Polymer Arena”da keçiriləcək oyun saat 20:15-də start götürəcək.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Qəbələ” “Şamaxı” ilə qolsuz heç-heçə edib, “İmişli” “Şəfa”ya, “Kəpəz” “Turan Tovuz”a, “Zirə” isə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlib.










