media-img-20241203-wa0059
media-bant_master

Azərbaycanda dekabrın 26-na gözlənilən hava şəraiti açıqlanıb.

ERAmedia-ya Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.


media-adspc

Bənzər xəbərlər