Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ
Azərbaycanda sentyabrın 17-nə gözlənilən hava şəraiti açıqlanıb.
ERAmedia-ya Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23, gündüz 28-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gcə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.









