Sabah bəzi yerlərdə zəif duman, çiskin GÖZLƏNİLİR
Azərbaycanda noyabrın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
ERAmedia-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-12, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85, gündüz 67-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9, gündüz 16-20, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacağı ehtimal edilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək, 5-10 metr/saniyə təşkil edəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 15-20° isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 13-18° isti olacağı bildirilir.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 15-20° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şərq rayonlarda çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 15-20° isti, dağlarda gecə 1-6°, gündüz 12-17° isti olacağı ehtimalı var.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi şərq rayonlarında dumanlı, çiskinli olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 16-20° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 15-18° isti, dağlarda gecə 5-8°, gündüz 14-16° isti olacağı gözlənilir.









