"Sabah" bu gün İsrail klubu ilə qarşılaşacaq
Azərbaycanın “Sabah” komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün ilk oyununa çıxacaq.
ERAmedia xəbər verir ki, Bakı klubu İsrail təmsilçisi “Hapoel”lə (Beer-Şeva) qarşılaşacaq.
Rumıniyanın paytaxtı Buxarestdə yerləşən “Quleşti” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oyunu italiyalı FIFA referisi Davide Massa idarə edəcək.
Cavab oyunu isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.









