Sabah çimərliklərdə 26 dərəcə isti olacaq
Avqustun 19-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
ERAmedia-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah mülayim şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.










