Sabah çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
İyulun 29-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub.
ERAmedia-ya Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 26-27, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.










