Sabah Corat və Şağanda qaz olmayacaq
Şağan qəsəbəsini təbii qazla təmin edən diametri 325 mm-lik orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə 19.09.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.
ERAmedia xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilir ki, həmin müddət ərzində Şağan qəsəbəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.
Eyni zamanda Sumqayıt şəhərinin Corat qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə olacaq. “Azəriqaz” İB-nin Sumqayıt QİS-dən bildirilib ki, yeni balans qovşağının quraşdırılması ilə əlaqədar həmin gün saat 10:00-dan başlayaraq işlər tamamlanana qədər 14 abonentin qaz təminatı dayandırılacaq.