media-16019829353937253566_1200x630
media-bant_master

Azərbaycanda noyabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

ERAmedia-ya  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-10, gündüz 14-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu, nisbi rütubət gecə 80-85, gündüz 65-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarda çiskinli yağış yağacağı, arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 13-16 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz 7-11 dərəcə isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq.. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 10-15° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək, arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 12-17° isti olacaq.

Şərqi Zəngəzurda – Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. arabir duman olacaq. Saniyədə 5-10 metr sürətlə Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 12-17° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° , gündüz 12-17° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarda çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 10-15°, dağlarda gecə 2° şaxtadan 3°-dək, gündüz 7-11° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 13-16° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 10-15°, dağlarda gecə 3-6°, gündüz 6-9° isti olacaq.


media-adspc

Bənzər xəbərlər