media-w_1617876810254604142269_1200x630

“Sabah” komandası tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

ERAmedia xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı Bakı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın qollarını Kristian Nvaçukvu, Umarali Raxmonaliyev və Tellur Mütəllimov vurublar. Mütəllimovun 90+4-cü dəqiqədə vurduğu qol görüşü əlavə vaxta aparıb.

Əlavə vaxtın 101-ci dəqiqəsində Patrik Orfe Mbina dördüncü qola imza atıb. Son nöqtəni isə 115-ci dəqiqədə Coy Lens Mikels vurub və ümumi hesab 6:4 olub.


media-adspc

Bənzər xəbərlər