media-uspib0tyfozvop97ccn6lkexyitzbhmnhjpiydik_1200

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.

ERAmedia xəbər verir ki, Azərbaycan təmsilçisi İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə üz-üzə gəlib.

Rumıniyanın paytaxtı Buxarestdəki “Quleşti” stadionunda baş tutan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 2:1.

6-cı dəqiqədə “Sabah”ın heyətində Velko Simiç hesabı açıb. İsrail klubunda 43-cü dəqiqədə Ceyvon İst, 79-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 


media-adspc

Bənzər xəbərlər