“Sabah” liqa mərhələsində ilk qələbəsini qazandı
UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirilən “Sabah” və “Slaviya Praqa” (Çexiya) komandaları arasında ikinci tur oyunu başa çatıb.
ERAmedia xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 49-cu dəqiqədə Kahim Parris və 88-ci dəqiqədə Coy-Lens Mikels vurub.
Bununla da “bayquşlar” Liqa mərhələsində ilk tarixi qələbəsini qazanıb.
Komanda ilk matçda İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Sabah” növbəti turda bu arenada Almaniya təmsilçisi “Borussiya Dortmund”la qarşılaşacaq.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirilən “Sabah” və “Slaviya Praqa” (Çexiya) komandaları arasında ikinci turun oyunu başlayıb.
ERAmedia xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürüb.
Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.









