media-uefa_compound

Azərbaycan UEFA reytinqində bir pillə yüksələrək 24-cü yerə qalxıb.

ERAmedia xəbər verir ki, buna “Sabah” klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın “Slaviya Praqa” komandası üzərində qələbə qazanması səbəb olub. Bu qalibiyyət sayəsində Azərbaycanın reytinq xallarına 0,500 əmsal əlavə olunub. Hazırda ölkəmizin aktivində 24,187 xal var. İsrail 24,125 xalla 25-ci, Ukrayna isə 24,337 xalla 23-cü pillədə qərarlaşıb.

UEFA reytinqinə 104,019 xalla İngiltərə başçılıq edir.

Qeyd edək ki, “Sabah” ötən gün Bakı Olimpiya Stadionunda keçirilən matçda “Slaviya”nı 2:0 hesabı ilə məğlub edib.


media-adspc

Bənzər xəbərlər