Sabahdan bəzi məktəblərdə I sinfə sərbəst qəbul aparılacaq - SİYAHI
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 5 məktəbdə boş qalan yerlərə I sinfə sərbəst (prioritetsiz) qəbul aparılacaq.
ERAmedia xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, iyulun 29-u saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə I sinfə elektron qəbul zamanı üstünlük hüququ tətbiq edilən 5 məktəbdə boş qalan yerlər üçün sərbəst seçim imkanı yaradılacaq.
Qeyd olunub ki, həmin tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.
Sərbəst qəbulun aparılacağı məktəblər bunlardır:
- Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb;
- Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey;
- Bakı şəhəri “Zəngi” liseyi;
- Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;
- Bakı şəhəri 132–134 nömrəli Təhsil Kompleksi.










