media-1492851067_1492678460_1492595714_1492420575_1491820693_hava

Azərbaycanda iyulun 14-də gözlənilən hava şəraiti açıqlanıb.

ERAmedia-ya Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 34-39° isti, dağlarda gecə 14-18°, gündüz 24-29° isti olacağı ehtimal edilir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 33-38° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-18°, gündüz 23-28°, bəzi yerlərdə 30-35° isti olacağı proqnozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-18°, gündüz 23-28°, bəzi yerlərdə 30-35° isti olacağı bildirilir.

Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir və Tovuz rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 31-36° isti, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacağı ehtimalı var.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 34-39° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabad rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 32-37° isti, dağlarda gecə 18-21°, gündüz 25-29° isti olacağı gözlənilir.


media-adspc

Bənzər xəbərlər