media-0x0-bugun-hava-kac-derece-iste-meteorolojinin-7-mart-cuma-hava-durumu-tahmini-1741328206915

Azərbaycanda oktyabrın 16-na gözlənilən hava şəraiti açıqlanıb.

ERAmedia-ya Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20, gündüz 23-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.


media-adspc

Bənzər xəbərlər