media-0000

Milli Məclisin sabiq deputatı Etibar Əliyev Qərbi Azərbaycan İcmasının nəzdində fəaliyyət göstərən Ziyalılar Şurası ilə bağlı narazılığını ifadə edib.

Etibar Əliyev bu barədə ERAmedia-ya açıqlamasında bildirib ki, artıq ardıcıl beşinci iclasdır Şuranın tədbirlərinə dəvət olunmur.

Onun sözlərinə görə, Şura şəxsi maraqların təsiri altına düşüb:

“Başa düşmürəm, bəlkə başda Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli və Şuranın sədri, “Dialektik materializm” müəllimi Elxan Hüseynov “mütərəqqi” ideyaları əsasında ziyalılığın kriteriyalarını dəyişiblər?”

Etibar Əliyev qeyd edib ki, özü fəlsəfə üzrə fəlsəfə doktorudur, 8 kitabın müəllifidir və 500-dən çox elmi-publisistik məqaləsi çap olunub. O bildirib ki, sosial şəbəkələrdə maarifçilik fəaliyyəti ilə yanaşı, Qərbi Azərbaycan ideologiyasının təbliği istiqamətində də aktiv fəaliyyət göstərir.

Sabiq deputat qeyd edib ki, xaricdə Azərbaycan əleyhinə təbliğat aparan şəxslərə qarşı ictimai müstəvidə cavab verən azsaylı şəxslərdən biridir:

“İcmanın üzvü kimi xaricdə yaşayan və Azərbaycanın əleyhinə namussuz təbliğat aparan termitlərə layiqli cavablar verən yeganə şəxsəm”.

Etibar Əliyev vurğulayıb ki, Ziyalılar Şurası əsasən maarifçilik fəaliyyəti ilə məşğul olmalıdır:

“Təəssüflər olsun ki, bu işi bacarmırlar. Bütün bunların fonunda məni ziyalı hesab etmirsiniz?”

O, həmçinin bildirib ki, Qərbi Azərbaycan İcması Prezident İlham Əliyev tərəfindən irəli sürülən ideyadır və bu qurum daxilində konfliktlərə yol verilməməlidir:

“Bu İcma kiminsə dədəsinin, yaxud qaynatasının obyekti ola bilməz”.

Sonda Etibar Əliyev Qərbi Azərbaycan İcmasının rəhbərliyinə müraciət edib:

“Mən Əziz Ələkbərlidən tələb edirəm: Adımı Ziyalılar Şurasından çıxarın! Mən heç bir quruma yük olmaq niyyətində deyiləm”.

Vural


media-adspc

Bənzər xəbərlər