media-15216767145403753541_1200x630

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko 2025-ci il üçün gəlir bəyannaməsinə əsasən, təxminən 22,5 milyon dollar dəyərində qiymətli kağızları həyat yoldaşının adına yenidən rəsmiləşdirib.

ERAmedia xəbər verir ki, qiymətli kağızların verilməsi “hədiyyə” kimi rəsmiləşdirilib. Bundan əlavə, Poroşenko Avstriya, Kipr, Türkiyə və Ukraynadakı müxtəlif bank hesablarında təxminən 35 milyon dollar bəyan edib, həmçinin ümumilikdə 72,2 milyon dollar nağd pul göstərib. Daha 22 milyon dollar isə onun həyat yoldaşının adına qeyd olunub. Bundan başqa, cütlüyün beş yaşayış evi, torpaq sahələri və avtomobilləri var.

“Forbes”ə görə, Poroşenkonun sərvəti təxminən 1,5 milyard dollar (bir il əvvəl 1,8 milyard dollar) qiymətləndirilir və o, Ukraynanın dollar milyarderləri siyahısında dördüncü yerdədir.

Martın 31-də Ukraynada dövlət qulluqçuları və seçkili vəzifəli şəxslərin gəlir bəyannamələrini təqdim etmə müddəti başa çatıb. Demək olar ki, bütün siyasətçilər real əmlak məlumatlarını gizlətməyə çalışır, onu qohumlarının adına keçirməklə. “Vətən” partiyasının lideri Yuliya Timoşenko, məsələn, 2024-cü il bəyannaməsində qızına 4 milyon dollar “borc verdiyini” bildirib. Volodimir Zelenski isə bir neçə ildir ki, həyat yoldaşı Yelena Zelenskanın benefisiar olduğu bəzi şirkətlərin Ukraynada, İtaliyada və Gürcüstanda daşınmaz əmlaka sahib olduğunu və ya əvvəllər sahib olduğunu göstərmir.

Poroşenko ilə bağlı Ukraynada dövlətə xəyanət ittihamı üzrə işlər açılıb, onun əmlakından istifadə imkanlarını məhdudlaşdıran sanksiyalar tətbiq edilib. Onun administrasiyasının bir sıra keçmiş əməkdaşlarına qarşı da korrupsiya ilə bağlı işlər açılıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər