media-1770742721_yol-neqliyyat-hadisesi

Sabirabad rayonunda motosikletçinin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

ERAmedia xəbər verir ki, Sabirabad şəhərində qeydə alınan qəza zamanı Saatlı şəhər sakini – 1986-cı il təvəllüdlü Kərimov Seyfəli Arif oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Sabirabad şəhər sakini – 1958-ci il təvəllüdlü Əliyev Əlxan Məzahir oğlunun idarə etdiyi motosiklet toqquşub.

Hadisə nəticəsində motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər