Sabirin təhsilə verdiyi önəmin bilinməyən nümunəsi – Maraqlı FAKT
Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin həyatı ilə bağlı maraqlı bir fakt yenidən gündəmə gəlib.
ERAmedia xəbər verir ki, “1937” adlı sosial media səhifəsinin paylaşımında Mirzə Ələkbər Sabirin sabun dükanını sataraq əldə etdiyi vəsait hesabına məktəb açdığı bildirilir. Məlumata görə, şair həmin təhsil ocağına “Ümid” adını verib.
Qeyd edək ki, sözügedən məlumat sosial şəbəkədə paylaşılıb və tarixi fakt kimi təqdim olunub. Bu iddianın tarixi mənbələrlə ayrıca təsdiqlənməsi barədə paylaşımda əlavə məlumat yer almayıb.









