media-670510141_976479821733792_4805181811682235552_n

Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyü çöküb.

ERAmedia xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, tez-tez yağış sularının dolduğu tuneldən keçən yolun xeyli hissəsində çökmə yaranıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində çətinlik müşahidə edilir.

Qeyd edək ki, ötən ayın sonlarından ölkədə başlayan intensiv yağışlardan sonra bir çox ərazilərdə yol çöküb. (Qafqazinfo)

 


media-adspc

Bənzər xəbərlər