media-1783002903_cduj5ouhizysy1vsqiqkbdyyswrshe2lketwydwu_1200

Bakının Sabunçu rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ERAmedia “Report”a istinadən xəbər verir ki, hərəkətdə olan “Toyota” markalı avtomobil idarəetməni itirərək beton maneəyə çırpılıb.

Hadisə zamanı sürücü həlak olub. Avtomobildə olan sərnişin 35 yaşlı Fəridə Bədəlova xəsarət alıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər