...şagirdlərlə mobil telefon qadağası üçün daim maarifləndirici söhbətlər aparılmalıdır - AÇIQLAMA
“Bildiyimiz kimi son günlər həm Milli Məclisdə, həm də Elm və Təhsil Nazirliyinin kollegiyasında təhsil alanların mobil telefon və digər elektron cihazların istifadəsinin məhdudlaşdırılması ilə bağlı müzakirələr aparılmışdır. Bu müzakirələrin nəticəsi olaraq Elm və Təhsil nazirliyi kollegiyası təhsil alanların mobel telefonlardan və digər elektron cihazlardan ümumtəhsil müəssələrində istifadə qaydası haqqında qərar qəbul edib”.
Bu fikirləri ERAmedia-ya açıqlamasında təhsil eksperti Orxan İsayev deyib.
Onun sözlərinə görə: “Əslində, bu qərar mobil telefonları tam qadağa etmir, istifadəsinə müəyyən məhdudiyyət qoyur. Elm və təhsil nazirimizin də bu mövzuda çıxışına diqqətlə qulaq assaq, görərik ki, zəruri hallarda təhsil alanlar zəruri hallarda özləri ilə məktəbə apardıqları mobel telefonlardan istifadə edə bilərlər”.
Bəs bu qərar məktəblərdə tədrisin keyfiyyərinə nə dərəcədə təsir edəcək?
Bu məhudiyyət məktəblərdəki neqativ halların sosial şəbəkələrdə yayılmasının qarşısını almaq üçündür, yoxsa bu elektron cihazların şagirdlərin dərsə olan maraq və diqqətlərinə mane olduğu üçün?
Təhsil eksperti qeyd edib ki: “Düşünürük ki hər iki halda daha radikal qərar verilməlidir. Çünki, biz təhsil adamları mövcud elektron cihazların şagirdlırimizə, onların tədrisə olan marağına ziyan vurduğuna əminiksə, məhdudiyyət qoymamalı, qadağan etməliyik. O ki, qaldı valideyinlərin bu məsələyə münasibətinə, istənilən təhsil müəsisəsi atılan adımların, görülən tədbirlərin həqiqətən tədrisin, təhsilin keyfiyyəti naminə olduğunu valideyinlərə səmimi şəkildə anlata bilsə, valideynlər də bu məsələdə məktəblərimizi dəstəkləyəcəklər. Unutmayaq ki, bu gün istifadə etdiyimiz elektron cihazları kəşf edən elm adamları bu elektron vasitələr olmadan yaşamış, yaratmışlar.
Yəni bütün ixtiralar və kəşflər çətin həyat şəraitinin zərurətləridir”.
Bu gün övladlarımızın saatlarla istifadə etdikləri mobil cihazlar misal və məsələlərin həlində belə onları inkişafa aparmır, tam əksinə, düşüncə qabiliyyətini və şüuraltını məhv edir, onları tənbəlləşdirir. Ən çətin məsələni belə suni intellek basitəsi ilə beş saniyədə tapan şagird, təbii ki, axtarışda olmayacaq, inkişaf etməyəcək, yaradıcı təfəkkürə malik olmayacaqdır. Bütün bunlar onu göstərir ki, təkcə ümumtəhsil məktəblərində deyil, evlərdə də şagirdlərlə mobil telefon qadağası üçün daim maarifləndirici söhbətlər aparılmalıdır deyə Orxan İsayev əlavə edib.
Mələk Onur









