media-178237438119303473_1200x630

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Səhiyyə Nazirliyinin birgə tərəfdaşlığı ilə “Sağlam gələcək” sosial layihəsinə start verilib.

ERAmedia-ya AHİK-dən bildirilib ki, layihə qadınların reproduktiv sağlamlığının qorunmasına dəstək göstərilməsi, profilaktik müayinələrin əhəmiyyəti barədə məlumatlılığın artırılması və sağlam həyat tərzinin təşviqini nəzərdə tutur.

Layihə çərçivəsində AHİK və Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin təşkilatçılığı ilə “Qadın sağlamlığı və reproduktiv rifah” mövzusunda ilk tədbir keçirilib.

Tədbirdə çıxış edənlər qadın sağlamlığının qorunmasının sağlam ailə institutunun möhkəmləndirilməsi, cəmiyyətin davamlı inkişafı və demoqrafik sabitliyin təmin olunması baxımından əhəmiyyətini vurğulayıblar.

Daha sonra mütəxəssislər tərəfindən süd vəzi sağlamlığı, reproduktiv sağlamlığın qorunması, patologiyaların erkən diaqnostikası və stresin reproduktiv sağlamlığa təsiri mövzularında maarifləndirici təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb.


media-adspc

Bənzər xəbərlər