media-videoedited
media-6837292f016de6837292f016df17484454876837292f016dc6837292f016dd
media-shehidler_olmez_baner_full

Pakistanın Baş naziri Şahbaz Şərif Əfqanıstanın sərhəd bölgələrindəki təxribatçı hərəkətlərini pisləyib.

ERAmedia “Daily Pakistan” nəşrinə istinadən xəbər verir ki, baş nazir bildirib ki, Pakistan ordusu bu addımlara güclü cavab verib və Əfqanıstanın bir neçə postunu məhv edərək talibləri geri çəkilməyə məcbur edib.

Növbəti hər bir təxribata güclü və təsirli cavab veriləcəyini vurğulayan Şərif terror təşkilatlarının Əfqanıstanda yerləşən müəyyən qüvvələr tərəfindən dəstəkləndiyini bildirib.

Xatırladaq ki, oktyabrın 11-də əfqan silahlıları Pakistanla dövlət sərhədindəki sərhəd məntəqələrinə hücum ediblər.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər