Şahbuz bu kəndinə 43 santimetr QAR yağıb

Naxçıvan Muxtar Respublikasının müxtəlif rayon və kəndlərində qar yağır.
ERAmedia-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Kəngərli, Şərur, Culfa, Sədərək, Şahbuz, Ordubad, Biçənək, Parağaçay, Axura və Kükü ərazilərində yağıntı əsasən zəif intensivlikdə olub.
Sədərək rayonu ərazisində qar örtüyünün hündürlüyü 6, Axura kəndində 9, Şahbuz rayonunda isə 5 santimetr təşkil edir. Kükü ərazisində qar örtüyünün hündürlüyü 37, Biçənəkdə 43, Parağaçay Qar Uçqunu Stansiyasında isə 16 santimetr ölçülüb. Parağaçay Qar Uçqunu Stansiyası ərazisində dağlıq sahələrdə dumanlı hava şəraiti müşahidə olunmur.
Bəzi ərazilərdə qar yağması fasilələrlə davam edir, Kükü kəndində isə hazırda yağıntı dayanıb.










