Xizək alpinizmi üzrə Avropa çempionatının növbəti medalçıları - FOTO
Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatında növbəti medalçılar bəlli olub.
ERAmedia xəbər verir ki, böyüklərin sprint yarışında kişilər arasında rusiyalı Nikita Filippov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ilk pilləsinə qalxıb. Tomas Bussar (İsveçrə) ikinci, Martines Ferrer (İspaniya) üçüncü yeri tutub.
Qadınların mübarizəsində isə Marianne Fatton (İsveçrə) Avropa çempionu olub. Julia Murada (İtaliya) gümüş, Tatyana Paller (Almaniya) bürünc medal qazanıblar.
Qaliblərin mükafatlandırılma mərasimi bu gün saat 18:00-da keçiriləcək.
***
Bu gün Azərbaycanda xizək alpinizmi üzrə Avropa çempionatına start verilib.
ERAmedia-nın əməkdaşı xəbər verir ki, “Şahdağ” Turizm Mərkəzində keçirilən yarışda Azərbaycanı 5 idmançı təmsil edir.
Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev medallar uğrunda mübarizə aparacaqlar.
Qitə birinciliyi martın 8-dək davam edəcək.
Avropa çempionatında Azərbaycanla yanaşı, AİN (Neytral Statuslu İdmançılar), Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, Rusiya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 123 idmançı çıxış edir.









