Sahib Alıyev Ağdaşın Abad kəndində sakinlərlə görüşüb - FOTO
Milli Məclisin deputatı Sahib Alıyev Ağdaşın Abad kəndində sakinlərlə görüşüb.
ERAmedia xəbər verir ki, bu barədə deputat öz sosial şəbəkə hesabında məlumat verib. “Ağdaşın Abad kəndində seçicilərlə görüşdüm, toxunduqları iki problemin həlli ilə bağlı yerli strukturların rəhbərlərinə zəng etdim. Tezliklə gərəkən addımların atılacağına söz verdilər. Digər məsələlərin həlli yönündə də səlahiyyətim çərçivəsində əlimdən gələni edəcəyəm”.
Görüşdən fotoları təqdim edirik: