media-1774165340_69bf9c2a1abcd69bf9c2a1abce177416503469bf9c2a1abcb69bf9c2a1abcc

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan Patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə səfər edib.

ERAmedia APA-ya istinadən  xəbər verir ki, Tbilisi beynəlxalq hava limanında spikeri Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili qarşılayıb.

Nümayəndə heyətində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və digər rəsmi şəxslər təmsil olunur.

Qeyd edək ki, II İlya martın 17-də 93 yaşında vəfat edib. O, bu gün vəsiyyətinə uyğun olaraq Tbilisidəki müqəddəs Sioni məbədində dəfn olunacaq.

media-69bf9c2a2020b69bf9c2a2020c177416503469bf9c2a2020969bf9c2a2020a


media-adspc

Bənzər xəbərlər