media-17887639494843135836_1200x630

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri – Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən ERAmedia -ya bildiriblər ki, telefon danışığı zamanı Dövlət Komissiyasının cari ilin fevralında Bakıda keçirilmiş 17-ci iclasının yekunlarına dair Anlaşma Memorandumunda əksini tapmış məsələlərin icra vəziyyəti nəzərdən keçirilib.

Tərəflər iqtisadi-ticari, nəqliyyat-tranzit, energetika, su və digər sahələrdə uğurlu əməkdaşlığı vurğulayıb, həyata keçirilən layihələrin icra dinamikasını müzakirə ediblər.

Xüsusilə nəqliyyat sahəsində həyata keçirilən layihələr sırasında Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması mühüm nəticə kimi qeyd edilib. Həmçinin Astara yük terminalında işlərin tamamlanması istiqamətində zəruri məsələlər müzakirə olunub.


media-adspc

Bənzər xəbərlər