Şahin Mustafayevin İrəvana səfəri ətrafında AJİOTAJ - AÇIQLAMA

Azərbaycan Baş nazirinin müavini, bu gün Ermənistana rəsmi səfər edən heyətin rəhbəri Şahin Mustafayevin missiyası ilə bağlı ilk “açıqlama” Yerevandan deyil, Moskvadan gəldi.
ERAmedia – ya danışan Regional təhlükəsizlki məsələləri ilə bağlı ekspert Firuz Novruzov bunun təsadüf olmadığını deyir. Bu il aprelin 24-də sözdə “erməni soyqırımı”na həsr edilən tədbirdə çıxış edən 90 yaşlı erməni general-leytenantı Norat Ter – Qriqoryants Nikol Paşinyanın “sözdə soyqırımını” tarixçilərin öhdəsinə buraxmasını” fikrinə görə necə lənətləyirdisə, rusiyalı jurnalist və naşir, “Life” layihəsi və “Life” qəzetinin yaradıcısı, “Baltic Media Group” holdinq şirkətinin prezidenti Aram Qabrelyanov da Şahin Mustafayevin “300 min azərbaycanlının Ermənistana genişmiqyaslı köçürülməsinə görə” ağ yuyub, qara sərir: “Mənbələrə görə, səfər Paşinyanın Bakıya verdiyi öhdəliklə bağlıdır və bu öhdəliyə əsasən, azərbaycanlılar Sovet Ermənistanındakı keçmiş yaşayış yerlərinə qayıtmalıdırlar”.
Ekspert, dərbəndli dələduz etnik erməninin Azərbaycanın Baş nazir müavininin delimetasiya və demarkasiya məsələləri ətrafında danışıqların həlledici mərhələsi ilə bağlı deyil, “seçkilərdən dərhal sonra başlanacaq “Ortaq Ev” layihəsi üzrə müqavilə imzalanacağına hazırlıq çərçivəsində gəldiyininin” iddiası arxasında parlament seçkisiqababağı Nikol Paşinyana “öldürücü zərbə vurduğu” fikrində olduğunu bildirir.
Ural Dəyirmançı









