Sakinlər antisanitar vəziyyətdən ŞİKAYƏT ETDİLƏR - VİDEO
Şəkinin Qumux kəndinin sakinləri yaşadıqları ərazidə məişət tullantılarının atılması üçün zibil qutularının olmamasından şikayətçidirlər.
Onların sözlərinə görə, yol kənarlarına və kolluq ərazilərə atılan tullantılar kənddə antisanitar vəziyyət yaradıb.
“Burada üfunətdən nəfəs almaq olmur. Vəhşi heyvanlar buraya yığışır. Əvvəlcə zibilləri atmamaq üçün xüsusi yer ayrılmalı, sonra isə sakinlərdən tullantıları oraya atmamaq tələb olunmalıdır. Vətəndaşlar məcburiyyət qarşısında qalıb zibili həmin yerə atırlar”, – sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə qeyd edib:
“Həmin əraziyə heyvan leşləri də daxil olmaqla hər şey tökürlər. Atılan heyvan leşi aylarla açıqlıqda qalıb üfunət yayır. Bəzən isə tullantıların miqdarını azaltmaq məqsədilə yayda onları yandırırlar və nəticədə ərazidən günlərlə tüstü getmir”.









