Sakinləri hər gün kabab tüstüsünə tutan "Valentino" restoranından narazılıq var - VİDEO
Kababın tüstüsündən nə evdə oturmaq mümkündür, nə eyvanda. Yayın istisində də, qışın soyuğunda da mənzərə dəyişmir ki, dəyişmir. Mənzillərə hopan qoxu da bir yandan…
ERAmedia Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Yasamal rayonu Fuad İbrahimbəyov ünvanındakı “Valentino” restoranındandır.
Bu ünvanda yaşayanlar deyirlər ki, restoranın təmizləyici qurğularının texniki göstəriciləri normalara uyğun deyil.
Restoranın adminstratoru Rəvanə Fətəliyeva isə deyir ki, onlar da sakinlərin narahatlığından xəbərdardırlar.









