media-img_6733

Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşları Salyan rayonun Xıdırlı kəndi ərazisində xidmət aparan zaman Şirvan su kanalının sahilində partlamamış mərmi aşkarlayıblar.

ERAmedia-nın məlumatına görə, sursatın tapıldığı yerin ətrafında əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Mərmi təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb və aidiyyatı üzrə təhvil verilib.

Araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər