media-w_151767431311596644464_1200x630

 

media-w_1517674312372987218698_1200x630Ötən gün yağan qardan sonra Bakı–Şamaxı–Yevlax avtomobil yolunda hərəkət bir qədər çətinləşsə də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) canlı qüvvəsi və texnikası vasitəsilə hərəkət bərpa edilmişdi.

ERAmedia xəbər verir ki, gecə saatlarından havanın şaxtalı olması səbəbindən yolun Ağsu aşırımından keçən hissəsi buz bağlayıb. Yolun enişli-yoxuşlu, sərt döngəli hissələri hərəkət üçün təhlükəyə çevrilib. Yolun buz qatından təmizlənməsi üçün ərazidə işlər aparılır, qum-duz qarışığı səpilir. Avtomobilində texniki problemi olan, həmçinin yolda hərəkət etməyə ehtiyat edən bir neçə avtomobil yolun kənarında qalıb.

media-w_1517674312375189313961_1200x630

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə yol və post-patrul xidməti ərazidə fasiləsiz xidmət aparır. Yolda qalan sürücülərə köməklik göstərilir, digər hərəkət iştirakçılarının hərəkətinə mane olunmamasına çalışılır.

Ötən gün çətinliyin yarandığı Muğanlı–İsmayıllı avtomobil yolu da qardan təmizlənib, yolun hər iki zolağı üzrə hərəkət etmək mümkündür. Gecədən etibarən bölgədə qarın yağması dayanıb. Hazırda bölgədə günəşli hava hökm sürür. Paytaxtdan bölgələrə, həmçinin əks istiqamətlərdə avtomobillərin hərəkəti davam edir.

media-w_1517674312376339033857_1200x630


media-adspc

Bənzər xəbərlər