“Şamaxı” qələbə qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.
ERAmedia xəbər verir ki, acılış matçında “Şamaxı” doğma meydanda “Şəfa” ilə üz-üzə gəlib.
Görüş ev sahiblərinin 3:2 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb. Bölgə təmsilçisinin qollarını Jota Oliveyra, Həbib İsmayılov və Rikardo Apolinario vurublar. “Şəfa”nın heyətində Elnur Cəfərov ilə Rauf Hüseynli fərqləniblər.
Hazırda 13 xala malik meydan sahibləri turnir cədvəlində 13-cü, 3 xalı olan “Şəfa” isə 11-ci sırada yer alıb.










