media-fq36ixwr9ox0lvsuz74nay1wukukj7nfshcgvil7_825

Şamaxıda partlayış baş verib.

ERAmedia  xəbər verir ki, hadisə şəhərin İstiqlal küçəsi, ev 16 ünvanında yerləşən, birmərtəbəli, beşotaqlı fərdi yaşayış evində qeydə alınıb. Partlayış nəticəsində ev sahibi Rahim Ömərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisədən sonra yaralı təcili tibbi yardım avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Partlayış dalğasının təsirindən evin bir otağı yararsız vəziyyətə düşüb. İlkin ehtimala görə, partlayışa səbəb evə qaz sızması olub. Hadisənin dəqiq başvermə səbəbi və təfərrüatları aparılan araşdırmalardan sonra məlum olacaq.


media-adspc

Bənzər xəbərlər