Sami Mmae əsas heyətdən kənarlaşdırıldı
“Qarabağ”ın futbolçusu Sami Mmae komandanın əsas heyətindən uzaqlaşdırılıb.
ERAmedia bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev istinadən xəbər verir.
O bildirib ki, məşqçi heyətinin qərarına əsasən Zaqreb “Dinamo”sundan icarəyə götürülən oyunçu əvəzedici heyətə göndərilib.
Qeyd edək ki, bu barədə ilk xəbəri Sportinfo.az saytı yayıb.










