Samuxda qəza - Ölən və yaralananlar var
Samux rayonunda mikroavtobus idarəetmədən çıxaraq aşıb.
ERAmedia Modern.az-a istinadən xəbər verir ki, hadisə rayonun Köbər kənd ərazisində qeydə alınıb.
Qəza nəticəsində 2000-ci il təvəllüdlü Əsgərov Vüqar İlqar oğlunun öldüyü, daha bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Mikroavtobusun fəhlələri daşıdığı qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.










