media-videoedited
media-9iqqprdvcfnypizmrwtdgrzkrktiyfksieu6enhz_825
media-shehidler_olmez_baner_full

AFFA milli komandanın baş məşqçisi postundan istefaya göndərilən Fernandu Santuşa təzminatı ödəyib. 

ERAmedia xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib. Bildirilib ki, onunla müqavilədə yer alan bütün şərtlərə əməl edilib.

AFFA rəsmi şəkildə bu məbləği açıqlamasa da, əldə etdiyimiz məlumata görə, ona 1 milyon 800 min avro (3 milyon 700 min manat) təzminat ödənilib.

Xatırladaq ki, Fernandu Santuş ötən ayın 8-i istefaya göndərilib.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər