“Savalan” qrupunun unudulmaz gecəsi – FOTO\VİDEO
Mayın 14-də Beynəlxalq Muğam Mərkəzində Savalannın geniş konsert proqramı baş tutub.
ERAmedia xəbər verir ki, gecə qrupun ilk bədii rəhbəri, mərhum sənətkar Novruz Novruzlunun xatirəsinə həsr olunmuş videoçarxla başlayıb. Xatirə anları zalda emosional ovqat yaradıb və tədbirin ümumi ab-havasını müəyyənləşdirib.
“Dost! Dost! Dost! Bilinməyən bir eşq yaşadır insanı” adlı konsert proqramı tamaşaçılara zəngin və duyğusal repertuar təqdim edib. Gecənin aparıcılığını Səyyarə Səyyaf edib.
Qeyd edək ki, “Savalan” qrupun bədii rəhbəri, bəstəkar və kaman ustası İffət Əsgərdir. Konsertdə vokal ifaçıları Azər Çələbi və Naser Nayyeri mahnıları ifa ediblər. Musiqi heyətində qanunda Məhta Məhəmmədəlizadə, balabanda Anar Vəlizadə, bas tarda Vahid Süleymanov, klavişdə Elnur Hüseynov, davulda Anar Quliyev və nağarada Əli Elnuroğlu yer alıb. Qiraətçi qismində isə Əməkdar artist Qasım Nağı çıxış edib.
Proqram boyunca İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Neyzən Tevfik, Ramiz Rövşən və Şahin Musaoğlunun sözlərinə bəstələnmiş əsərlər, həmçinin xalq mahnıları səsləndirilib.
Vüsalə










